» » Latviya Azərbaycanda rusdilli TV yaradılmasını istəyir

Latviya Azərbaycanda rusdilli TV yaradılmasını istəyir

Bölmə: Xəbər
Latviya Azərbaycanda rusdilli TV yaradılmasını istəyirLatviya “Şərq tərəfdaşlığı” dövlətlərində yeni rusdilli telekanalın yaradılması məsələsini qaldıracaq.

axar.az xəbər verir ki, Aİ Şurasına sədrlik edən Latviya XİN rəhbərlərinin yanvarın 19-da keçiriləcək görüşündə “Şərq tərəfdaşlığı”, xüsusilə Azərbaycan və Aİ ölkələrinin rusdilli auditoriyası üçün yayımın təşkili məqsədilə yeni televiziya kanalının yaradılması məsələsini birinci qaldıracaq.

Bildirək ki, artıq Böyük Britaniya, Danimarka, Litva və Estoniyanın Xarici İşlər nazirləri yeni ildə keçiriləcək ilk görüşdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogeriniyə Aİ üzv ölkələrinin XİN rəhbərlərinin strateji kommunikasiyaların Aİ-nin daxilində olduğu kimi, xaricində də möhkəmləndirilməsinin müzakirə edilməsi üçün birgə məktub da göndəriblər. Bu məsələdə rusdilli telekanalın yaradılması xüsusilə önə çəkilir.

Məktubda “Aİ-nin daxilində və xaricində yaşayan Rusiya azlığı üçün əyləncə proqramları və xəbərlər yaya biləcək rusdilli kanalın” təsis edilməsi təklifi ifadə olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler