» » ABŞ təhqirə rəvac

ABŞ təhqirə rəvac verir

Bölmə: Xəbər, Dünya, BLOK XƏBƏR
ABŞ təhqirə rəvac Fransa nəşri “Charlie Hebdo” jurnalının İslam peyğəmbərini təhqir edən karikaturaları yenidən dərc edəcəyi barədə məlumatları şərh edən Ağ ev sözçüsü bunu dəstəklədikılərini bildirib. Xalqinfo.az-ın məlumatına görə, ABŞ hökumət sözçüsü Mari Harf gündəlik mətbuat konfransında bunun jurnalın hüququ olduğunu deyib.

“Şəxsi fikirlərə baxmdan “Charlie Hebdo”nun bu karikaturaları yenidən dərc etmək hüququnu qətiyyətlə dəstəkləyirik. Bu, demokratiyanın təzahürüdür”.

Ağ ev sözçüsü ABŞ-ın yaradıcı insanların ifadə azadlığını dəstəklədiyini deyib:

“Dediklərimə qarşı çıxanlar olsa da, jurnalistlərin, sənətkarların və yaradıcı insanların ifadə azadlığı dəstəklənməlidir və biz ABŞ olaraq ifadə azadlığının dəstəkçisiyik”.

“Həzrəti Muhammədin (ƏS) təsvir edilməsini İslama zidd kimi görürsünüzmü?” – sualına Harf, “heç bir şey ifadə azadlığının qarşısında olmamalıdır” – deyə cavab verib.

“Xüsusilə müsəlmanların bu təsvir mövzusunda çox güclü bir həssasiyyətə sahib olduqlarını bilirik. Heç bir şey zorakılığı, nifrəti haqlı göstərməz və heç bir şey ifadə azadlığının qarşısında dayana bilməz”.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler