» » İlham Əliyev zavodu işə saldı

İlham Əliyev zavodu işə saldı

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
İlham Əliyev zavodu  işə saldıPrezident İlham Əliyev yanvarın 13-də Sumqayıt şəhərinə gəlib.

Xalqinfo.az-ın məlumatına görə, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sonra prezident İlham Əliyev Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Bildirilib ki, parkda yerləşən Şəhidlər xiyabanının yaxınlığındakı 10 hektarlıq ərazidə geniş abadlıq işləri aparılıb, “20 Yanvar” və “Xocalı” abidələri ucaldılıb.

Dövlət başçısı daha sonra Sumqayıt tekstil fabrikinin açılışında iştirak edib.

Prezident İlham Əliyev fabriki işə salıb, istehsal prosesini izləyib, hazır məhsullara baxıb.

Prezident fabrikin açılışı münasibətilə kollektivi təbrik edib.

Sonda xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində Gənclər Evinin açılışında da iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Sonra İlham Əliyev Sumqayıtda yeni tikilmiş Yaşıl teatrda yaradılan şəraitlə maraqlanıb.

Daha sonra dövlət başçısı beton məmulatı zavodunun açılışında iştirak edib.

Prezident İlham Əliyev zavodu işə salıb.

Məlumat verilib ki, illik istehsal gücü 140 min metr müxtəlif diametrlik beton boru və 500 min kvadratmetr beton döşəmə daşı olan zavodda ən müasir texnologiya tətbiq edilib. Yeddi istehsal sahəsindən ibarət bu zavod avadanlığın həcminə görə Şərqi Avropada analoqu olmayan ən böyük müəssisədir.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler