» » Ermənilər iriçaplı pulemyot, minaatan və qumbaraatanlarla mövqelərimizi atəşə tutublar

Ermənilər iriçaplı pulemyot, minaatan və qumbaraatanlarla mövqelərimizi atəşə tutublar

Bölmə: Xəbər
Ermənilər iriçaplı pulemyot, minaatan və qumbaraatanlarla mövqelərimizi atəşə tutublarErməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 75 dəfə pozub.

Xalqinfo.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Ermənistan Respublikasının İcevan rayonunun Paravakar Berkaber, Vazaşen, Azatamut, Noyemberyan rayonunun Dovex, Barekamavan, Şavarşavan, Voskevan, Voskepar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Cəfərli, Kəmərli, Fərəhli, Quşçuayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Şıxlar, Şuraabad, Mərzili, Cəvahirli, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler