» » Bakı metrosunda bir nəfər öldü -

Bakı metrosunda bir nəfər öldü - FOTO

Bölmə: Xəbər, BLOK XƏBƏR
Bakı metrosunda bir nəfər öldü - Bakının “28 may” metrostansiyasında ölüm hadisəsi baş verib.

Xalqinfo.az aznews.az-a istinadən xəbər verir ki, orta yaşlı bir kişi həyatını itirib. Deyilənə görə o, ürək tutmasından vəfat edib.

Bu haqda məlumatı Turan İbrahim adlı bir şəxs özünün Facebook səhifəsində yazıb.
O, ölən şəxsin polis tərəfindən bayıra çıxarıldığını vurğulayıb.

Ölüm faktını "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev təsdiq edərək bildirib ki, hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım gəlib: “Həmin insanın kimliyi və hansı səbəbdən ölməsi araşdırıldıqdan sonra dəqiqləşdiriləcək”.

Bakı metrosunda bir nəfər öldü -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler