» » Bakıda 2 sex yandı

Bakıda 2 sex yandı

Bölmə: Xəbər
Bakıda 2 sex yandıBakıda gecə saatlarında 2 yanğın hadisəsi qeydə alınıb. apa-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisələrdən biri paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 550 kv.m olan sexdə baş verib. Nəticədə sexin yanar konstruksiyaları 250 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın Bakının Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan sexdə baş verib. Nəticədə sexin dam örtüyünün yanar konstruksiyaları 8 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler