» » Cəbhədə son durum

Cəbhədə son durum

Bölmə: Xəbər
Cəbhədə son durumCəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 61 dəfə pozulub.

milli.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, erməni silahlı bölmələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Novruzlu, Cəvahirli, Şıxlar, Şuraabad, Sarıcalı, Kəngərli, Xocavənd rayonunun Kuropatkino kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler