» » Bakıda ağır yol qəzası -

Bakıda ağır yol qəzası - 5 nəfər xəsarət aldı

Bölmə: Xəbər, BLOK XƏBƏR
Bakıda ağır yol qəzası -Bu gecə Bakının Sabunçu rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xalqinfo.az apa-ya istinadən xəbər verir ki, qəza Zabrat-Kürdəxanı yolunda qeydə alınıb. Kürdəxanı istiqamətində yüksək sürətlə hərəkət edən BYD markalı minik maşınının sürücüsü idarəetməni itirib. Yol sürüşkən olduğu üçün maşın fırlanıb və hərəkət istiqamətinin əksinə çevrilib. Bu zaman arxadan gələn VAZ-2107 marklalı avtomobil BYD-yə çırpılıb. Hadisə nəticəsində 5 nəfər - Valeh Abdullayev, Səlim Qəribəliyev, Şəhla Qəribəliyeva, Nemət Səfərəliyev və Lətiv Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis idarəsində araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler