» » Toyuq dönərləri qadağan olsada

Toyuq dönərləri qadağan olsada satılır

Bölmə: Xəbər, Sosial
Toyuq dönərləri qadağan olsada Paytaxtda dönərxanalarda qanunla toyuq dönərinin satışı qadağan olunmasına baxmayara satılır, özü də yüksək tələbatla.

Dönər ayaqüstü yeməyin ən geniş miqyasda tələb olunan növüdür. Bu günə kimi dönərxanalarda ağıla gələn bütün antisanitar vəziyyətlərə rast gəlinib. Tədbirlərin görülməsinə baxmayaraq yenə də qayda pozuntuları qaçılmazdır. Bunlardan ən irimiqyaslısı isə satışı qadağan olunmasına baxmayaraq toyuq dönərlərinə hər yerdə rast gəlinməsidir. Təlabat da demək olar ki, elə məhz toyuq dönərlərinədir.

ANS TV-dən “İç xəbər” əməkdaşları həm sanitar vəziyyətlə tanış olmaq, həm də toyuq dönərinin satışına üstünlük verilib-verilmədiyini öyrənmək üçün paytaxtın bir çox yerlərində fəaliyyət göstərən obyektlərə baş çəkib. "Toyuq dönərinin satışı qadağandır. Niyə buna məhəl qoymursuz?" - sualına cavab verə biləcək heç kim tapılmadı.

Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma şöbəsinin müdiri İmran Abdullayev obyektlərdə yoxlamaların aparılmasında bir sıra tərəflərin olduğunu dedi. Yəni yeni qanun qəbul edilib. Qanuna əsasən plandan kənar və planlı yoxlamalar aparıla bilir. Qurum rəsmisinin sözlərinə görə, plandan kənar yoxlamaların aparılmasında istehlakçı birbaşa rol oynayır.

"Yoxlama o zaman həyata keçirilə bilər ki, sahibkarın fəaliyyəti haqqında dövlətin nəzarət orqanlarına məlumat daxil olsun. Tam yoxlama ildə bir dəfə, noyabrın birinədək, keçən ilin nəticələri nəzərə alınamaqla və risk qrupunlarının müəyyənləşdirilməsinə görə yoxlamalar təyin olunur. Və yoxlamalar da, məhz həmin qeyd edilən obyektlərdə aparıla bilər. Kənar obyektlərdə yox".

Statıstikaya əsasən keçən ilin son 11 ayı ərzində 711 sahibkar, obyektində müxtəlif qayda pozuntuları aşkar olunduğuna görə müxtəlif məbləğlərdə cərimə olunub. Hər halda istehlakçıların rolu danılmazdır. Hər kəs rastlaşdığı qayda pozuntuları və antisanitar vəziyyət barəsində aidiyyati qurumlara xəbər versə, problemlər 100% həll olunmasa da, onu yarıya endirmək çətin olmaz.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler