» » SOCAR-da konferans

SOCAR-da konferans keçirilib

Bölmə: Xəbər
SOCAR-da konferansSOCAR-ın baş ofisində ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadə, neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident Rəhman Qurbanov, emal üzrə vitse-prezident David Məmmədov, şirkətin müəssisələrinin və əməliyyat şirkətləri rəhbərlərinin iştirakı ilə ekoloji məsələlərə həsr olunmuş müşavirə keçirilib.

Xaqinfo.az-ın islamazeri.az-a istinadən verilən məlumata görə, müşavirədə hasilat zamanı əmələ gələn lay sularının idarə olunması, mövcud standartlara uyğun təmizlənilməsi və neft şlamlarının utilizasiya edilməsi məsələləri müzakirə edilib.

Tədbirdə 2014-cü il ərzində lay sularının təmizlənməsi sahəsində görülən işlərin nəticələri və 2015-ci ildə qarşıda duran məsələlər müzakirə edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler