» » Paytaxtda partlayış

Paytaxtda partlayış təhlükəsi

Bölmə: Xəbər
Paytaxtda partlayış Bakının Nərimanov rayonu ərazisində, Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. Nəsib bəy Yusifbəyli küçəsi ilə Səməd Vurğun küçəsi istiqamətində hərəkətdə olan “Hyundai” markalı avtomobil Azadlıq prospekti ilə kəsişmədə işıqforun qırmızı işığına məhəl qoymayıb və hərəkətini davam etdirib. Sürət yüksək olduğundan idarə etməni itirən sürücü nəqliyyat vasitəsini əvvəlcə Nicat Bayramovun idarə etdiyi “Kia” və Fuad Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillərə çırpıb.

Bu vaxt yaxınlıqdan keçən “Niva” markalı avtomobil də toqquşmadan yüngül zərbə alıb. Nəzarətdən çıxan “Hyundai” markalı avtomobil daha sonra yaşayış binasının qarşısında olan qaz tənzimləyici şkafa da çırpılıb.

Qaz xəttində yaranan problemi aradan qaldırmaq üçün hadisə yerinə Qaz İstismar Sahəsinin əməkdaşları cəlb olunub.

Baş verən avtoqəzada “Hyundai” markalı avtomobilin sürücüsü xəsarət alıb. Qəzanı törədən sürücüyə hadisə yerinə gələn təcili tibbi yardım xidməti tərəfindən yardım göstərildikdən sonra o, izahatının alınması üçün Nərimanov rayon polis idarəsinə aparılıb.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler