» » Terrorçular polislərə

Terrorçular polislərə hücum etdi

Bölmə: Xəbər, Dünya
Terrorçular polislərə Türkiyə Şırnak vilayətinin Cizrə rayonunda zirehli maşınla reyd keçirən polis əməkdaşları terrorçuların hücumuna məruz qalıb. Xalqinfo.az-ın verdiyi məlumatA görə, polisin də terrorçulara cavab verməsi ilə tərəflər arasında silahlı insident baş verib.

Yerli vaxtla saat 21.30-da (Bakı vaxtıyla 23.30) baş vermiş hadisə zamanı terrorçular qumbaraatanla “Əqrəb” adlı zirehli polis avtomobilinə atəş açıblar. Nəticədə polis avtomobili aşıb və 2 polis əməkdaşı yaralanıb. Polisin terrorçulara cavab atəşi açması ilə tərəflər arasında atışma baş verib.

Yaralı polislər hadisə yerinə çağırılan təcili yardım avtomobili ilə Cizrə dövlət xəstəxanasına çatdırılıblar.

Rayonda gücləndirilmiş iş rejiminə keçən polis terrorçuların da yaxalanması üçün əməliyyatlara başlayıb.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler