» » Müsavatda planlarının puca çıxması istefaya səbəb oldu

Müsavatda planlarının puca çıxması istefaya səbəb oldu

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Müsavatda planlarının puca çıxması istefaya səbəb oldu"Partiyadakı son prosesləri görürəm və dəhşətə gəlirəm"
Müsavat Partiyasının daha bir üzvü istefa verib. Partiyanın Binəqədi rayon təşkilatının üzvü Natiq Cəbrayılov istefası ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:

“10 ildən çoxdur ki, Müsavat Partiyasının üzvüyəm. Artıq bu partiyadan istefa vermək qərarına gəldim. Partiyadan istefa verməyimin səbəbi son gözləntilərimin puça çıxması oldu. Partiyada baş verən pərdəarxası olaylar barədə az-çox məlumatlı olsam da, hər şey gün kimi ortaya çıxdı. Mən Arif Hacılını o qədər də qınamıram, çünki Arif bəy bizi təəccübləndirmədi, əvvəldən necə idi, elə intriqabaz olaraq qaldı. Bizi təəccübləndirən İsa Qəmbər oldu. O, özünü bir qrup başçısı statusuna gətirdi və bunu edərkən də itirəcəklərindən heç qorxmadı. Demək İsa Qəmbər göründüyü kimi deyilmiş. Çevrəsi daraldıqca, necə biri olduğu açıq görsənməyə başladı. Buna istefa verdiyim Müsavat Partiyası yox, İsa Qəmbərin qrupu demək daha doğru olar. Partiyanın son mitinqi də göstərdi ki, orada bir avtobusluq adam qalıb. Olanlar da hamısı Arif Hacılının müavin və müşavirləridir. Partiyadakı son prosesləri görürəm və dəhşətə gəlirəm və düşünürəm ki, bunların özlərini zehniyyət olaraq dəyişən kimsə lazımdır.

Onu da bildirim ki, Qubad İbadoğlu və Vurğun Əyyub kimi adamların orada qalması artıq enerji və vaxt itkisidir. Orada qalanlar mahiyyətcə elə adamlardır ki, zaman keçəcək qrupu da parçalayacaqlar. Sonda İsa Qəmbərə öz yeni həyatı ilə uğurlar arzulayıram”.
Mənbə
Bizimyol.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler