» » Bakıda aktyor dələduzluqda ittiham

Bakıda aktyor dələduzluqda ittiham edildi

Bölmə: Xəbər
Bakıda aktyor dələduzluqda ittiham Səbail rayon 9-cu Polis Bölməsinin əməkdaşları apardıqları axtarış tədbirləri nəticəsində, "Azəri Star"ın keçmiş rəhbəri və "Kabusun kölgəsində" serialının aktyoru 1965-ci il təvəllüdlü Əlibəy Əlisafa oğlu Dadaşovu həbs ediblər.
Aktyora dair məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Dadaşov böyük məbləğdə pulun mənimsənilməsində və dələduzluqda ittiham edilir.

Xalqinfo.az xəbər verir ki, bu barədə Vesti.Az-a Səbail rayon Polis İdarəsində bildiriblər.

Cinayət işinə müvafiq olaraq bildirilir ki, Dadaşov müxtəlif banklara və fiziki şəxslərə böyük məbləğdə pul borcludur. Banklar arasında hal-hazırda fəaliyyət göstərməyən RoyalBank da var.

RoyalBank keçən ilin fevral ayında Əlibəy Dadaşova qarşı Yasamal rayon məhkəməsində iddia irəli sürüb. Xəbər verildiyi kimi aktyordan paytaxtın müxtəlif rayonlarında borclu olmasına dair şikayətlər daxil olub.

Bəzi məlumatlara əsasən Dadaşov çox zəngin imiş və şou-biznesə yenicə qədəm qoyan ulduzların "promouşeni" ilə məşğul olurmuş. Sonra isə müflis olub. Müflis olmasının səbəbləri bəlli deyil.

Dadaşovun qardaşının evində saxlanıldığı məlumdur.

Qeyd edək ki, "Kabusun kölgəsində" serialında Dadaşov əsas rollardan birini - "Ruslan" obrazını canlandırırdı.
Mənbə
Bizimyol

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler