» » Ordumuz cəbhədə daha 2 erməni hərbçini məhv etdi

Ordumuz cəbhədə daha 2 erməni hərbçini məhv etdi

Bölmə: Xəbər
Ordumuz cəbhədə daha 2 erməni hərbçini məhv etdiAzərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhədə Ermənistan ordusunun 2 hərbçisini məhv edib.
trend Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, yanvarın 5-dən 6-na keçən gecə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atışma zamanı 2 erməni hərbçi öldürülüb. Onların hər ikisi muzdlu əsgər olub.

Ermənilər iddia edirlər ki, atışma zamanı Azərbaycan tərəfi daha çox itki verib. Lakin artıq Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan mətbuatının cəbhədə atəşkəs rejiminin pozulması zamanı Azərbaycan Silahlı Qüvvələrinin guya üç hərbi qulluqçusunun, o cümlədən Eldar Məmmədov adlı “unter zabit”in məhv edilməsi barədə məlumatları dezinformasiya xarakteri daşıyır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler