DataLife Engine > Şou > Bundan sonra adı Çingiz yox, Rumi olacaq

Bundan sonra adı Çingiz yox, Rumi olacaq


2-07-2021, 12:10. Yerləşdirdi: Tural Bundan sonra adı Çingiz yox, Rumi olacaq
"3 ilə yaxındır musiqiçi kimliyimdə bir təkamül baş verib və elektronik musiqi dünyasına daxil olmuşam. Bu dünyaya ayaq basmaq, mənim üçün uzun bir yolculuq idi. Gecə-gündüz davam edən araşdırmalar, məşqlər, hazırlıqlar, yoxlamalar və nələr-nələr".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev sosial şəbəkədə yazıb. İfa janrını dəyişən sənətçi özünə yeni səhnə adı seçdiyini də söyləyib:

"Heç bir zaman limitlər çərçivəsində yaradıcılıqla məşğul olmağı, düşünməyi sevməmişəm. Hər zaman limitlərin üzərində hərəkət etmişəm. Çərçivələri qırmaqdan mənəvi zövq almışam. Yolun başında olduğumu düşünsəm də, artıq özümü hazır hiss edirəm.

"Elektronik musiqiçi" kimi artıq qarşınızdayam və sizlərlə yeni səhnə təxəllüsüm olan "Rumi"-ni paylaşmaq istərdim. Bu mənim musiqiçi kimliyimin "alter eqo"sudur. Musiqiçi kimliyimin içində məndən başqa bir mən var. Bu mən "Rumi"dir. Məqsədlərim, planlarım böyükdür".
Bundan sonra adı Çingiz yox, Rumi olacaq
Geri qayıt