DataLife Engine > Şou > Məşhur şou aparıcısı adam döydüyünə görə həbs olundu

Məşhur şou aparıcısı adam döydüyünə görə həbs olundu


17-12-2019, 15:39. Yerləşdirdi: Tural Məşhur şou aparıcısı adam döydüyünə görə həbs olundu
Britaniyada məşhur “Love Island” və “The X-Factor” şoularının aparıcısı Kerolayn Flek adam döymə şübhəsi ilə həbs edilib.

Bu barədə “The Guardian” xəbər yayıb.

Bildirilir ki, 40 yaşlı qadın bir kişiyə hücum edərək onu döyüb. Yerli təcili yardım xidmətinin məlumatına görə, hadisə yerində iki nəfərə yardım göstərilib, biri isə xəstəxanaya aparılıb.

Qurbanın ciddi xəsarət almadığı məlumdur.

Flek dekabrın 23-də məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, Kerolayn Flek “Ulduzlarla rəqs” şousunun Britaniya analoqunun qalibi kimi, həmçinin, “Love Island” realiti şousunun və “The X-Factor” istedad yarışının aparıcısı kimi ad çıxarıb.
Geri qayıt