DataLife Engine > Şou > Dünya ulduzlarının ən bahalı bəzək əşyaları

Dünya ulduzlarının ən bahalı bəzək əşyaları


30-10-2019, 12:06. Yerləşdirdi: Gunay Dünya ulduzlarının ən bahalı bəzək əşyaları
“People talk” dərgisi dünya ulduzlarının ən bahalı əşyaları ilə bağlı material hazırlayıb.

“Xalqinfo”nun məlumatına görə, sözügedən materialda Keyt Middlton, Ledi Qaqa, Kim Kardaşyan, Melaniya Tramp, Peris Hilton, Keyt Blanşett, Enn Heteuey, Meraya Keri, Sofiya Verqara və Beyonsun taxdığı sərvət qiymətində olan bəzək əşyalarının fotosu və onlar haqda məlumat yer alıb.

Keyt Middlton
Dünya ulduzlarının ən bahalı bəzək əşyaları

Dünyanın ən məşhur bəzək əşyalarından biri şahzadə Diananın ağ qızıldan hazırlanmış nişan üzüyüdür. Üzük indi Keyt Middltona məxsusdur. Ekspertlərin hesablamalarına görə, bəzək əşyasının qiyməti təxminən 28 min funt sterlinqdir.

Ledi Qaqa
Dünya ulduzlarının ən bahalı bəzək əşyaları


Ledi Qaqanın “Oskar-2019”a taxdığı bəzək əşyası nəinki bahalıdır, həm də artıq əfsanəvidir! Birincisi, “Tiffany&Co” boyunbağının qiyməti 30 milyon dollardır, ikincisi isə, onun inanılmaz tarixçəsi var. 1878-ci ildə Çarlz Lyuis Tiffani (“Tiffany&Co”nun təsisçisi) 287 karatlıq sarı brilyant alıb. 1961-ci ildə isə zərgər Jan-Mişel Şlümberje onu boyunbağının içərisinə yerləşdirib. Bəzək əşyasını sonuncu dəfə “Tiffanidə səhər yeməyi” filminin premyerasında Odri Hepbörn taxıb.

Kim Kardaşyan
Dünya ulduzlarının ən bahalı bəzək əşyaları


Kanye Uest Kimə 2013-cü ilin oktyabrında, onun doğum günündə evlilik təklifi edib. Hər şey San-Fransiskoda “AT&T” parkında baş verib. Reper əsaslı şəkildə hazırlaşmışdı – işıqlar, orkestrin ifasında Lana Del Reyin mahnısı və əlbəttə ki, “Lorraine Schwartz”dən üzük. Kanye ona 3 milyon dollar pul xərcləmişdi.

Melaniya Tramp
Dünya ulduzlarının ən bahalı bəzək əşyaları


Donald Tramp həyat yoldaşı üçün hədiyyə almaqda xəsislik etmir. Belə ki, evliliklərinin 10 illik yubileyində siyasətçi xanımına çəkisi 10 karatdan çox olan üzük hədiyyə edib. Bəzək əşyası ona 3 milyon dollara başa gəlib.

Peris Hilton
Dünya ulduzlarının ən bahalı bəzək əşyaları


2018-ci ilin yanvarında Aspen dağ-xizək kurortunda maneken Kris Zilka sevgilisinə evlilik təklifi edib. Dizayner Maykl Qrin tərəfindən hazırlanan üzüyün çəkisi 20 karat olub. Təəssüf ki, toy baş tutmadı. Sosial şəbəkədə yayılan məlumata görə, bəzək əşyasının pulunu Hilton özü ödəyib.

Keyt Blanşett
Dünya ulduzlarının ən bahalı bəzək əşyaları


2014-cü ildə keçirilən “Oskar” mükafatlandırılma mərasimi üçün o, məşhur “Chopard” brendinin 18 milyon dollarlıq komplektini (üzük, bilərzik və sırğalar) taxmışdı.

Enn Heteuey
Dünya ulduzlarının ən bahalı bəzək əşyaları


2011-ci ildə Ceyms Franko ilə bərabər “Oskar”da aparıcılıq edən Enn “Tiffany&Co”dan 10 milyon dollarlıq brilyant boyunbağı taxmışdı.

Meraya Keri
Dünya ulduzlarının ən bahalı bəzək əşyaları


Müğənni Meraya Kerinin avstraliyalı milyarder Ceyms Parkerlə sevgi romanı çox çəkməsə də, nişan üzüyü çox gözəl idi! Dizayner Vilfredo Rozado tərəfindən hazırlanmış bəzək əşyası biznesmenə 7,5 milyon dollara başa gəlmişdi.

Sofiya Verqara
Dünya ulduzlarının ən bahalı bəzək əşyaları


Ən yüksək qonorar alan teleaktrisa Sofiya Verqara 2013-cü ildə “Emmi”nin ulduzu olmuşdu. Mərasimə qatılmaq üçün ulduz biri 21 karatlıq brilyantdan, digəri isə iri zümrüddən hazırlanmış iki üzük və zümrüd, sapfir və yaqutla bəzədilmiş platin sırğalar taxmışdı. Bəzək əşyalarının ümumi qiyməti 7 milyon dollar təşkil etmişdi.

Beyons
Dünya ulduzlarının ən bahalı bəzək əşyaları


Beyonsa ancaq paxıllıq etmək olar! Reper Cey Zi müğənniyə evlilik təklifi edərkən ona çəkisi 18 karat olan platindən hazırlanmış 5 milyon dollar dəyərində üzük hədiyyə etmişdi.

Xalqinfo.az
Geri qayıt