DataLife Engine > Şou > Nazəninlə Təranə Qumralın davasından yeni xəbər var

Nazəninlə Təranə Qumralın davasından yeni xəbər var


8-12-2014, 12:04. Yerləşdirdi: Esi Nazəninlə Təranə Qumralın davasından yeni xəbər varXətai Rayon Məhkəməsində müğənni Nazənin Salayevanın həmkarı Təranə Qumrala qarşı iddia ərizəsi üzrə məhkəmə prosesi dekabrın 17-də davam etdiriləcək.

Bu barədə aznews.az-a açıqlamasında müğənni Nazəninin vəkili Adəm Məmmədov məlumat verib.

Vəkilin sözlərinə görə, Təranə Qumral da həmkarını qarşılıqlı olaraq məhkəməyə verdiyindən iki iş bir icraatda birləşib: “Hər iki məhkəmə dekabrın 17-də olacaq. Təranə Qumralın tələbi bizimlə eynidir. Nazənin xanım da hüquqlarının pozulduğunu iddia edir”.

A.Məmmədov məhkəmənin hansı sonluqla başa çatacağı barədə əvvəlcədən nəsə deməyin çətin olduğunu vurğulayıb.

Qeyd edək ki, iddiada Təranə İbrahimova tərəfindən Nazənin Salayevanın şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatların yayıldığı göstərilib. Eyni zamanda həmin məlumatların yalan məlumatlar kimi tanınması, məlumatların ANS telekanalı vasitəsi ilə təkzib olunması, cavabdeh Təranə İbrahimovanın üzr istəməsi və müğənni Nazəninə dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi əksini tapıb.
Geri qayıt