DataLife Engine > Şou > Zaur “Bizimləsən” verilişini bağlayır

Zaur “Bizimləsən” verilişini bağlayır


26-02-2019, 13:19. Yerləşdirdi: Tural Zaur “Bizimləsən” verilişini bağlayır




Aparıcı Zaur Baxşəliyev ATV-də yayımlanan “Bizimləsən” verilişini bağlayacaq.

Xalqinfo.az xəbər verir ki, o bu haqda proqramın ötən gün efirə gedən buraxılışında deyib. Aparıcı bildirib ki, insanların problemləri ona pis təsir edir:

"Allah günahımızdan keçsin. Dünən evdən bir zənbil şirniyyat atmışam. Bəzən o qədər nankor oluruq ki, nəyisə dişləyirik, atırıq, yemirik. Görün, insanlar nəyin həsrətindədir. Həyata baxın.

Mayın sonu gəlsin, proqramı bitirəcəyəm. Çox əziyyət çəkirəm, məhv oluram. Bunların hamısını içimdən keçirirəm. Öldüm, bitdim. Mənə pis təsir edir. Sadəcə öhdəlik götürmüşəm, çiynimdən ata bilmirəm. 3 ayımız qalıb, bitsin, bağlayacağam".
Qeyd edək ki, proqrama qatılaraq kömək istəyən qadın uşaqlarının çoxlu şirniyyat istədiyini deyib.
Geri qayıt