DataLife Engine > Şou > Hicablı qadınları təhqir edən aktrisaya Ərdoğandan sərt cavab

Hicablı qadınları təhqir edən aktrisaya Ərdoğandan sərt cavab


8-01-2019, 19:04. Yerləşdirdi: sefa Hicablı qadınları təhqir edən aktrisaya Ərdoğandan sərt cavab
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hicablı qadınları təhqir edən aktrisa Deniz Çakırın fikirlərinə sərt reaksiya verib.

Xalqinfo.az “Haber 7”yə istinadən xəbər verir ki, o, bununla bağlı Ədalət və İnkişaf Partiyasının toplantısında danışıb.

“Adını sənətçi qoyub. Onun fikirləri faşistliyi təbliğ edir. Heç kim insanların yaşama formasına qarışa bilməz. Demokratik ölkələrdə hər kəsin inancına hörmətlə yanaşılır”, - Ərdoğan bildirib.

Qeyd edək ki, Çakır hicablı qadınlara “Bura Ərəbistandır? Nə gəzirsiniz burada?” fikirlərini səsləndirmişdi. O, bir müddət əvvəl pis davranışlarına görə Türkiyədə çəkildiyi serialdan da qovulub.
Geri qayıt