DataLife Engine > Şou > Azərbaycanlı bloqer Bakıda izdiham yaratdı

Azərbaycanlı bloqer Bakıda izdiham yaratdı


10-11-2018, 10:34. Yerləşdirdi: sefa Azərbaycanlı bloqer Bakıda izdiham yaratdı
Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov Bakıya gəlib.

Xalqinfo.az xəbər verir ki, “28 Mall” AVM-də sevənləri ilə görüş təşkil edən bloqerin gəlişi izdihama səbəb olub.

Belə ki, minlərlə adam onu görmək üçün ticarət mərkəzinə axışıb.

Həsənov bir neçə ölkədə olsa da, ilk dəfədir ki, belə bir izdihamla qarşılaşdığını bildirib.

O, görüntüləri sosial media hesabından yayımlayıb. Qeyd edək ki, Rusiyanın ən populyar videobloqerlərindən olan Həsənovun “Instagram”da yeddi milyon izləyicisi var.
Geri qayıt