Mahsun Qırmızıgül prodüser Nahid Emiloğludan yazdı -
5-11-2018, 21:47. Yerləşdirdi: sefa
Azərbaycanlı qəlbi gözəl bir qardaşı itirməyin üzüntüsünü yaşayıram.
Xalqinfo.az xəbər verir ki, bu sözləri türkiyəli məşhur müğənni, rejissor Mahsun Qırmızıgül şəxsi İnstaqram hesabında yazıb. O, tanınmış təşkilatçı Nahid Emiloğlunun ölümündən kədərləndiyini bildirib:
"Nahid Emiloğlunun ölümünü az əvvəl eşitdim. Kədərli ailəsinə başsağlığı diləyirəm", - deyə o qeyd edib.
Qeyd edək ki, tanınmış menecer N.Emiloğlu ürək çatışmazlığından bir neçə gün öncə dünyasını dəyişib. Mərhumun 40 yaşı var idi.
Geri qayıt