DataLife Engine > Şou > Zamiq, Günel və Namiq... –

Zamiq, Günel və Namiq... –


5-11-2018, 13:40. Yerləşdirdi: sefa Zamiq, Günel və Namiq... –
Müğənnilər Zamiq Hüseynov, Günel Zeynalova və meyxanaçı Namiq Qaraçuxurlu yeni işlərini təqdim edib.

Xalqinfo.az xəbər verir ki, Zamiq musiqisi Vaqif Yaqubova, sözləri Nigar Hüseynliyə məxsus “Ana” adlı mahnını sevənlərinin ixtiyarına verib.

İfa Zamiqin rəsmi “Youtube” səhifəsində yerləşdirilib.



Türkiyədə yaşayan müğənni Günel Zeynalova isə sözləri və musiqisi özünə aid olan “Bir adam var” adlı mahnısına klip çəkdirib.

Ekran işinin çəkilişlərində ifaçı evindəki pianodan istifadə edib. O, açıqlamasında qeyd edib ki, bu, onun cehizidir.

Qeyd edək ki, lirik mahnı Türkiyədə lentə yazılıb və rejissor İrem Haykır mahnıya ekran həyatı verib.

Günel mahnıda səsini fərqli tərzdə istifadə etməsi ilə seçilib.



Meyxanaçı Namiq Qaraçuxurlu isə musiqisi Elçin Cəfərova, sözləri özünə məxsus olan “Acı bibər” mahnısını ekranlaşdırıb.

Natiq Zeynalovun rejissorluq etdiyi klipdə Qaraçuxurlu ilə birgə rusiyalı model Kristina Samarina olub.





Şəfa Rasimqızı
www.xalqinfo.az
Geri qayıt