DataLife Engine > Şou > Əfsanəvi pop-qrup fəaliyyətini bərpa edəcək

Əfsanəvi pop-qrup fəaliyyətini bərpa edəcək


3-11-2018, 19:45. Yerləşdirdi: sefa Əfsanəvi pop-qrup fəaliyyətini bərpa edəcək
Böyük Britaniyanın “Spice Girls” pop-qrupu bazar ertəsi fəaliyyətinin bərpası haqqında bəyanat yayacaq.

Xalqinfo.az “The Sun”a istinadla xəbər verir ki, qrup iştirakçıları 2019-cu ilin yayında Britaniya turnesinin anonsunu verəcəklər.

Nəşrin yazdığına görə, 1994-cü ildə təməli qoyulan populyar kollektivin üzvləri bazar ertəsinə keçən gecə hazırladıqları video müraciəti yayacaqlar.

Qrupa Melani Braun, Viktoriya Adams, Emma Banton, Melabi Çisholm və Ceri Holliuell daxildir.

Sonuncu dəfə “Spice Girls” qrupu 2012-ci ildə Londonda keçirilən Olimpiya oyunlarının bağlanış mərasimində çıxış etmək üçün bir araya gəlib.
Geri qayıt