DataLife Engine > Şou, MANŞET > “Bu damğanın altından necə çıxacağam?” - Təranə

“Bu damğanın altından necə çıxacağam?” - Təranə


31-10-2018, 14:23. Yerləşdirdi: sefa “Bu damğanın altından necə çıxacağam?” - Təranə
İnsan alverində təqsirləndirilən və ötən gün həbs olunan tanınmış prodüser Təranə Səmədovanın bir neçə ay bundan əvvəl verdiyi müsahibə ortaya çıxıb. “Qafqazinfo” xəbər verir ki, o, ilk dəfə CVN TV-yə müsahibəsində adının qadın alverində hallanmasına münasibət bildirib:

“Bu barədə heç vaxt danışmamışam, zaman hər şeyin dərmanıdır. Tənha anayam, qız övladı böyüdürəm. Heç vaxt sınmamışam, ağlamamışam. Mətbuatda xəbərləri oxuyanda çökdüm. Anam gəlib çiynimdən tutub dedi ki, sən nələrin öhdəsindən gəlmisən. Söylədim ki, mən bu damğanın altından necə çıxacam? Anam cavab verdi ki, sən möhkəm olmusan, yenə belə qalacaqsan. Bu damğa deyil, həyatın sınağıdır. Sevinənlər bu işlə məşğul olanlardır ki, tək bizim yox, Təranənin də adı belə şeylərdə hallanır”.

Qeyd edək ki, ötən gün Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, T. Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub, Bakı İstintaq Təcridxanasına köçürülüb.


Geri qayıt