DataLife Engine > Şou > Elnarə onun haqda kitab yazan ermənidən danışdı

Elnarə onun haqda kitab yazan ermənidən danışdı


31-10-2018, 15:07. Yerləşdirdi: Tural Elnarə onun haqda kitab yazan ermənidən danışdı




Erməni yazıçısının mənə həsr etdiyi kitaba görə titullarının əlindən alınmasından xəbərsizəm.

Bu sözləri Kult.az-a açıqlamasında əməkdar artist, muğam ustası Elnarə Abdullayeva erməni yazıçısı Lyubik Çibuxçyanın “Elnara” kitabına görə təzyiqlərə məruz qalması barədə danışarkən deyib. Xanəndə bildirib ki, ermənilərin ona hansı münasibət bəsələməsi və haqqında yazdıqları onun üçün maraqlı deyil.

Qeyd edək ki, erməni yazıçısı Lyubik Çibuxçyan muğam ifaçısı Elnarə Abdullayevaya "Elnara" adlı 173 səhifəlik mənzum kitab həsr edib. Çibuxçyan bir neçə il bundan əvvəl “Elnara” kitabı ilə bağlı “BBC Azərbaycan”a müsahibə verib. O, Elnarə xanımı Azərbaycan televiziyasının efirində gördüyünü, səsini çox bəyəndiyini, yazdığı kitabı bir neçə dilə tərcümə edərək ATƏT-in Minsk Qrupu həmsədrlərinə bağışlamaq istədiyini açıqlayıb. Çibuxçyan hətta Elnarənin Feysbuk ünvanına məktub yazdığını, amma cavab ala bilmədiyini deyib.

Sözügedən kitaba görə erməni hakim dairələri L.Çibuxçyanı bütün titullardan məhrum edib, hətta vəzifəsindən uzaqlaşdırıb. O, sabiq prezident S.Sərkisyana 12 şikayət məktubu yazsa da, cavab almayıb. Erməni yazıçı daha sonra Prezident İlham Əliyevə müraciət edərək, Azərbaycandan siyasi sığınacaq almaq istədiyini bildirib.

L.Çibuxçyan dəfələrlə pul mükafatı və müxtəlif medallarla, avtomobil və üçotaqlı mənzillə təltif olunub, Ermənistan incəsənət xadimi adına layiq görülüb.

İsmayıl Tanrıverdinin yaydığı məlumata görə, Elnarə Abdullayevaya həsr etdiyi kitaba görə onun bütün titulları əlindən alınıb.
Geri qayıt