DataLife Engine > Şou > Namiq- Roza qalmaqalı böyüyür

Namiq- Roza qalmaqalı böyüyür


29-10-2018, 10:00. Yerləşdirdi: sefa Namiq- Roza qalmaqalı böyüyür
“Roza Zərgərli özü də gözəl bilir ki, bunu gündəmə gəlmək üçün edib. Mən efirə çıxmaq üçün heç bir şərt qoymamışam. Sadəcə olaraq gəlməmişəm və səbəbini demişəm ki, bir çox aparıcılar məni efirə çağırırlar, əgər ora çıxsam, digərləri inciyəcək”.

Xalqinfo.az xəbər verir ki, bu sözləri meyxana ifaçısı Namiq Qaraçuxurlu “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib.

Qaraçuxurlu müğənni Roza Zərgərlinin onun haqqında səsləndirdiyi fikirlərə cavab verib. Namiq Rozanın aparıcılıq etdiyi proqrama çıxmaq üçün heç bir şərt qoymadığını qeyd edib:

“Təsəvvür edin, proqramdan əvvəl aramızda baş tutan söhbətdən sonra Roza Zərgərli “İki gündür sənlə danışmaq istəyirəm. Əvvəl söhbətimiz alınsaydı, onları yox, tək səni çağırardım” deyib. Demək ki, iki gün əvvəl mən şərt qoysaydım, tək qatılmaq istədiyimi desəydim o, razılşacaqdı. Amma efirə çıxıb deyir ki, mən şərtlə işləmirəm. Münasibətə xələl gətirmək olmaz. Burda bir məntiq var- gündəm! Başqa bir şey görmürəm”.
Geri qayıt