DataLife Engine > Şou > Murad azərbaycanlı qızı bəyəndi, Hadisə qısqandı

Murad azərbaycanlı qızı bəyəndi, Hadisə qısqandı


29-10-2018, 11:16. Yerləşdirdi: sefa Murad azərbaycanlı qızı bəyəndi, Hadisə qısqandı
TV 8-də yayımlanan məşhur “O səs Türkiyə” mahnı müsabiqəsində daha bir azərbaycanlı çıxış edib.

Xalqinfo.az xəbər verir ki, Azər Həsənov proqramda sözləri Fikrət Qoca, musiqisi Polad Bülbüloğluna məxsus “Gəl, ey səhər” mahnısını ifa edib.

Onun səsini dörd münsifdən ikisi ( Murad Boz və Beyazir Öztürk) bəyənib. Daha sonra Murad Boz Azərə duet oxumağı təklif edib. Onlar “Gəl, ey səhəri” birgə səsləndiriblər. Elə A. Həsənov yarışmaya Murad Bozla dava etmək istədiyini bildirib.



Yarışmada çıxış edən digər azərbaycanlı isə Naz Dej olub. O, səhnədə “I care” adlı mahnı səsləndirib.
Onun ifasını üç münsif- Hadisə, Murad Boz və Beyazit öztürk bəyənib. Jürilər Nazı öz komandalarına daxil etmək üçün mübarizə aparıblar.

M. Boz Nazı çox bəyəndiyini qeyd edib, onun ünvanına təriflər yağdırıb. Müğənninin bu addımı həmkarı Hadisənin qısqanclığı ilə nəticələnib. N. Dej isə müsabiqəyə Bozla davam etmək istədiyini bildirib.



Bu məqamda bildirək ki, Naz Azərbaycanda Nihad Məliklə duetindən sonra məşhurlaşıb. Onun “Azəri Mashup” adlı videosu “Youtube”də bir neçə aya 4 milyondan çox baxış toplayıb.



Geri qayıt