DataLife Engine > Şou > Şoumenin vəziyyəti yenidən pisləşdi -

Şoumenin vəziyyəti yenidən pisləşdi -


28-10-2018, 16:50. Yerləşdirdi: sefa Şoumenin vəziyyəti yenidən pisləşdi -
Xəbər verdiyimiz kimi, iki həftə öncə evində yıxılaraq xəstəxanaya yerləşdirilən və ardınca komaya düşən türkiyəli şoumen Mehmed Əli Ərbil dünən komadan ayılmışdı.

Xalqinfo.az “Posta”ya istinadən xəbər verir ki, 61 yaşlı aparıcının vəziyyəti bu gün yenidən pisləşib.

Qanama keçirən aparıcı təcili olaraq əməliyyata alınıb.

Ərbilin qızı Sezin Ərbil bu barədə sosial mediada paylaşım edərək onu sevənlərdən atası üçün dua etmələrini istəyib:

“Canım atam reanimasiyadadır. Yenidən dualarınıza ehtiyacımız var”.
Geri qayıt