DataLife Engine > Şou > Kloe motosikletdən yıxıldı -

Kloe motosikletdən yıxıldı -


16-10-2018, 15:05. Yerləşdirdi: sefa Kloe motosikletdən yıxıldı -
Müğənni Sərdar Ortaçın model xanımı Kloe Mayamidə ağır qəza keçirib.

Xalqinfo.az xəbər verir ki, o, motosikletdən yıxılaraq yaralanıb. Modelin sol qolu, çanağı, qabırğası, diz qapağı sınıb, sol qaşı yarılıb.

Bu barədə Sərdar “İki sayfa” proqramına açıqlamasında bildirib. O, hadisənin ötən gecə baş verdiyini qeyd edib:

“Möcüzə olub ki, şikəst qalmayıb. Dünən xəbəri eşitmişəm, yerimdə otura bilmirəm. 21 oktyabrda yanına gedəcəm. Təxirə sala bilmədiyim işlər var. Menecerimi yanına göndərdim. Sol tərəfi demək olar ki, tamamilə sınıb”.
Geri qayıt