DataLife Engine > Şou > “Səs Azərbaycan”a xərclənən fantastik rəqəm açıqlandı

“Səs Azərbaycan”a xərclənən fantastik rəqəm açıqlandı


11-10-2018, 21:55. Yerləşdirdi: sefa “Səs Azərbaycan”a xərclənən fantastik rəqəm açıqlandı
2015-ci ildə “The Voice” layihəsinin yerli versiyası, AzTV-də yayımlanan “Səs Azərbaycan” yarışmasına xərclənən pulun miqdarı bəlli olub.

Xalqinfo.az xəbər verir ki, bu barədə ilk dəfə prodüser Oqtay Əliyev məlumat verib.

O bildirib ki, sözügedən layihə 3 mln. avroya başa gəlib:

“İndi Rusiyadakı “Qolos”, “O səs Türkiyə” kimi layihələr gündəmdədir. Həmin müsabiqələr çox baha başa gəlir. Onun lisenziyasını almaq üçün 1 milyon avro ödəməlisən. AzTV-də isə 3 aylıq layihə 3 mln. avroya başa gəldi”.
Geri qayıt