DataLife Engine > Şou > “Toppuş bacı” Zaurun verilişində 60 min pul topladı

“Toppuş bacı” Zaurun verilişində 60 min pul topladı


10-10-2018, 23:42. Yerləşdirdi: sefa “Toppuş bacı” Zaurun verilişində 60 min pul topladı
Xəbər verdiyimiz kimi, xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva üçün “Bizimləsən” verilişində xeyriyyə marafonu başlamışdı.

Xalqinfo.az xəbər verir ki, başladığı gündən etibarən müzakirələrə səbəb olan marafon artıq yekunlaşıb.

Xəstəliyinə görə, işləmək məhdudiyyəti qoyulan “Toppuş bacı” üçün 60 min pul yığılıb.

Məsələ ilə bağlı müsahibə verən aktrisa bildirib ki, xoşbəxtdir:

“Xoşbəxtliyimin pikindəyəm. Kəndimizə gedəcəm ki, təmiz hava alım. Mənə kömək edən hər kəsə təşəkkür edirəm. Evi olmayanlara Allah ev qismət etsin”.

Qeyd edək ki, Tünzalə Əliyeva bir neçə müddətdir Milli Onkologiya Mərkəzində müalicə alır.
Geri qayıt