DataLife Engine > Şou, MANŞET > “Eurovision Fərid” Nyu-Yorkda kuryer işləyir

“Eurovision Fərid” Nyu-Yorkda kuryer işləyir


19-09-2018, 15:15. Yerləşdirdi: sefa “Eurovision Fərid” Nyu-Yorkda kuryer işləyirMüğənni Fərid Məmmədov ABŞ-a köçüb.“Qafqazinfo” xəbər verir ki, iki il bundan əvvəl Nigar adlı xanımla ailə quran Fərid müğənniliyin də daşını atıb.

O, xanımıyla 1 ildən artıqdır ki, Amerikada yaşayır. 28 yaşlı ifaçı Nyu-Yorkda kuryer kimi fəaliyyət göstərir.

Xatırladaq ki, müğənni “Eurovision – 2013” mahnı müsabiqəsinə Azərbaycanı təmsil edib, ikinci yerin sahibi olub.

Qeyd edək ki, Fəridin toyu mediaya qapalı keçirilmişdi. Hətta toyda bəylə gəlinlə şəkil çəkdirmək də qadağan olunmuşdu.


Geri qayıt