DataLife Engine > Şou > “Atam məni puluma görə istəyir” -

“Atam məni puluma görə istəyir” -


19-09-2018, 12:49. Yerləşdirdi: sefa “Atam məni puluma görə istəyir” - “Doğma atamla salam-sağolumuz yoxdur. Ata başqa bir şeydir. Yanımdan keçsə, onu tanımaram”.

Xalqinfo.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova “Səhər-Səhər” proqramına qonaq olarkən deyib.

O, verilişdə Rəqsanən indiki həyat yoldaşı Fazil Əmiraslanova “ata” dediyini bildirib:“Çünki mən atamı 14 yaşımda axtarmışam və tapmışam. Amma o insan məni qəbul etmədi. Dedi ki, məni istəmir, bu adda övladım yoxdur. Niyəsini bilmirəm.

Üstündən bir müddət keçdi. Artıq tanınıram və nənəm, anama zəng edirlər ki, atası Aysunu görmək istəyir. Gözüm aydın! İndi pulum var deyə məni görmək istəyir. 10 ilə yaxındır ki, bir atam var, o da anamın həyat yoldaşıdır. Mən atalığı o insanda bilmişəm. O öz uşaqlarından daha çox mənə can yandırır”.


Geri qayıt