DataLife Engine > Şou > “Elgiz təhqir etdi...” -

“Elgiz təhqir etdi...” -


14-09-2018, 10:33. Yerləşdirdi: sefa “Elgiz təhqir etdi...” - “Proqramdan getmə səbəbim canlı oxumaqdan boyun qaçırmağımla bağlı deyil. Verilişin ilk dəqiqələrindən bitənə kimi aparıcı Elgiz Əkbər “Leyli” mahnımın uğursuz olduğunu söylədi”.

Xalqinfo.az xəbər verir ki, bu sözləri müğənni Sevda Sanaliyeva instaqram səhifəsində deyib. O, video açıqlama yayaraq ötən gün ARB-nin efirində baş verən hadisədən danışıb:

“Xoşuma gəlməyən sözlər işlədildi. Dinləyicilərim, mahnımı bəyənənlər barədə danışdılar, onları zövqsüz adlandırdı. Yəni, Elgiz mənim dinləyicilərimi təhqir etmiş oldu. Buna görə əsəbilərim pozuldu, proqramın sonuna kimi də söhbət davam etdi. Efirdən getmə səbəbim budur, canlı ifayla bağlı deyil. Məni tanıyanlar bilir ki, canlı ifa edə bilirəm”.

Qeyd edək ki, “Səhər-səhər” proqramında aparıcı Elgiz Əkbər Sevdanın canlı oxumağını istəmişdi. Sevda isə Elgizlə mübahisə etmiş, daha sonra efiri tərk etmişdi.


“Elgiz təhqir etdi...” -
Geri qayıt