DataLife Engine > Şou > Demetin boşanma səbəbi məlum oldu

Demetin boşanma səbəbi məlum oldu


13-09-2018, 16:54. Yerləşdirdi: sefa Demetin boşanma səbəbi məlum olduTürkiyəli pop ulduz Demet Akalının iş adamı əri Okan Kurtdan boşanmağının əsl səbəbi ortaya çıxıb.

Xalqinfo.az xəbər verir ki, müğənni müflis olan Okandan boşanmağı bir neçə dəqiqə ərzində qərarlaşdırıb.

Belə ki, cütlüyün villası müsadirə olunan zaman rəsmi nümayəndələr Demet və Okanın qızı Hiranın otağındakı əşyaları da götürüblər. Onlar TV və oyuncaqlarını da götrüblər.

Bu zaman Hira ağalayaraq “Ana, heç olmaya balaca itimi aparmasınlar” deyib.

Bunu görən Demet vəkilinə “Bizi boşa” deyib. Əvvəlcə, Okan sənətçinin bu istəyinə etiraz etsə də, qarşı tərəf israrlı şəkildə ayrılacağını bildirib.


Geri qayıt