DataLife Engine > Şou, MANŞET > “Nazəninin mənimlə tutduğu əri nə rəngdədir?” – Təranə Qumral

“Nazəninin mənimlə tutduğu əri nə rəngdədir?” – Təranə Qumral


19-11-2014, 12:45. Yerləşdirdi: Esi “Nazəninin mənimlə tutduğu əri nə rəngdədir?” – Təranə Qumral“Mənim də Nazənin xanıma qarşı qaldırdığım iddia ərizəsinə dekabrın 1-də baxılacaq”.
Xalqinfo.az bildirir ki, bunu aznews.az-a açıqlamasaında müğənni Təranə Qumral deyib.

O vurğulayıb ki, Nazəninə qarşı qaldırdığı iddiaya Xətai Rayon Məhkəməsində baxılacaq: “Əslində mənim məhkəməyə müraciət etmək fikirim yox idi, amma dedilər ki, lazımdır. Mənim tələbim var. Nazənin şərəf və layaqətimi alçaldıb. Sübut etsin və göstərsin ki, mənimlə tutduğu əri nə rəngdədir. Adı, soyadı nədir? Kimlə tutub məni? Bunu sübut edənə kimi ondan əl çəkən deyiləm”.

Onu da qeyd edək ki, ANS telekanalının “Bazar səhəri” verilişində müğənnilər Təranə Qumralla Nazənin arasında qalmaqal yaranıb.

Təranə Qumralın "Nazənin 7 dəfə ərdə olub" açıqlamasından sonra Nazənin "Təranəni ərimlə tutmuşam" kimi şok ittihamlar səsləndirib.
Geri qayıt