DataLife Engine > Şou, MANŞET > Azərbaycanlı diktor 70 yaşında gəlinlik geyindi - Video

Azərbaycanlı diktor 70 yaşında gəlinlik geyindi - Video


25-12-2017, 13:40. Yerləşdirdi: sefa Azərbaycanlı diktor 70 yaşında gəlinlik geyindi - VideoARB TV-də yayımlanan “Səhər-səhər” verilişində maraqlı anlar yaşanıb. “Xalqinfo” xəbər verir ki, aparıcı Elgiz Əkbər efirdə vağzalı çalınmasını istəyib.

70 yaşlı diktor Xalidə Əhmədova gənlinlikdə studiyaya daxil olub. Verilişdə toy ab-havası yaradılıb, qonaqlar mahnı oxuyaraq rəqs ediblər.

Daha sonra E. Əkbər gəlinin arzusunu reallaşdırdığını bildirib:

“Hər bir şəxsin ürəyində arzusu var. Gəlinimizin 70 yaşı var, amma arzusunu reallaşdırmayıb. Biz ona kömək etmişik, bunun nəyi pisdi?”

Bundan başqa, efirə xınayaxma mərasimi keçirilib, aparıcılıq Nailə Allahverdiyevaya həvalə edilib.

“Həyat yoldaşım Davud bəylə evlənəndə gəlinlik geyinməmişəm. Belə imkanlar yaranmayıb, məni qaçırdıb. Allah ona rəhmət eləsin. O, mənə demişdi ki, 50 illiyimizdə toy edəcək. Allah ona ömür vəfa etmədi. Yanımda Davudun yerinə nəvəm Onuru gətirdim”- deyə diktor bildirib.


Geri qayıt