DataLife Engine > Şou, BLOK XƏBƏR, MANŞET > Aygünlə Zülfiyyə niyə danışmır?

Aygünlə Zülfiyyə niyə danışmır?


25-12-2017, 10:18. Yerləşdirdi: sefa Aygünlə Zülfiyyə niyə danışmır?Xalq artisti Aygün Kazımova son zamanlar şou-biznesdə baş verən qalmaqallara münasibət bildirib.
Xalqinfo.az xəbər verir ki, müğənni “ATV maqazin onlarla” verilişinin “Hit parad” rubrikasının qonağı olub.

İradə İbrahimovanı sıralamada 4-cü elan edən ifaçı həmkarının qalmaqala səbəb olan fikirlərinə dəstək olub. O, İradənin Röya Ayxanın Türkiyədə fəaliyyəti ilə bağlı söylədiyi fikirlərə reaksiya verib:

“İradə, getmisən, yerini boş qoymusan. İradənin sözlərində çox böyük bir həqiqət var. Həmin sözləri özümə də şamil edirəm. Onun pis məqsədlə dediyinə inanmıram. Şəxsən özümdən danışım. Türkiyədə layihələr üçün nə qədər vəsait getdi. Lazımı yerlərdə mahnılarım çıxdı, işlər gördüm. Mən Türkiyə şou-biznesində bunu anladım ki, bizimkilər orada meydan sulamayacaq. Türkiyədə şou-biznes düzgün qurulub, ora başqa müğənnilər lazım deyil. Bizimkilərə pul mənbəyi kimi baxırlar. Bir manata olan şeyi 5 manata satırlar”.

Aygünlə Zülfiyyə niyə danışmır?

Bu məqamda bildirək ki, İradə açıqlamasında Röyanın Türkiyədə boşuna pullar xərclədiyini demişdi.

Aygün illərdir ki, qalmaqal etdiyi, hətta məhkəməlik olduğu Natavan Həbibi barəsində xoş sözlər deyib. O, həmkarının yeni “Xəyallara dalma” mahnısını 3-cü sırada yerləşdirib:

“Bu dalaşkan qızı 3-cü etmək istəyirəm. Dalaşdı, məhkəmələrə verdi və yoruldu. Natavan bir müğənni kimi çox yaxşıdır. Həmişə çətin mahnılar oxuyur və səsindən gözəl istifadə edir. Natavanı neçə illərdir görmürəm, üz-üzə gəlməmişəm. “Usbet” edib deyə bilmədim ki, təbrik edirəm. Buradan söyləyirəm ki, keçmiş olsun. Natavanın mənim haqqımda söylədikləri çox xoş oldu, sağ olsun. (red: “Qafqazinfo”a müsahibəsi ) Sənətçidən başqa sənətçini kim anlaya bilər?”

Aygünlə Zülfiyyə niyə danışmır?

Xalq artisti “Aygün və Röyadan sonra ən parlaq ulduz mən olacam” deyən Günaya dəstək olub. Kazımova gənc ifaçının qarşısını kəsənlərə ismarıc yollayıb:

“Bu balaca qızı niyə qaralayıblar? Nə qədər görürlər ki, səndə potensial var, o qədər də əvvəlcədən daşlamağa başlayırlar.Bu olmalıdırsa, olacaq. Qarşısını kəsə bilməyəcəklər. Günayın özünəməxsus ifa tərzi var. O, estraya gələn kimi yadda qaldı”.

Pop ulduz eks-rəfiqəsi Zülfiyyə Xanbabayevanın “Etiraf”ını həftənin hiti elan edib. Aygün Zülfiyyənin arasında yaşayanan özəl sirləri prodüser Tarix Əliyevə deməsinə etiraz edib:

“Bizim aramızda illərə dayanan doğma hisslər var. Hər dəfə onun haqqında danışanda xatirələr yadıma düşür. Mənim onun prodüseri Nigarla telefon danışığım, özəl söhbət elə bilirdim ki, bizim aramızda qalacaq. Sən demə, elə deyilmiş. Belə şeyi illərdir dost bildiyim insana sirrimizi Tolikə danışmağı yaraşdırmıram. Hamı bilirdi ki, aramızda soyuqluq oldu. Amma səbəbi bir sirr idi, özəl mövzu idi”.

Aygünlə Zülfiyyə niyə danışmır?

Kazımova keçmiş sevgilisi, meyxana ifaçısı Namiq Qaraçuxurlunu 10-luqdan uzaqlaşdırıb:

“Xəbərim oldu ki, ayağı sınıb, çox pis oldum. Namiq, sənə Allah şəfa versin, tez sağal, ayağa qalx və gözəl mahnılarını ifa et.Bu “10”luğa birinci kimi gəl. Onu 10-luqda görmürəm. Hara gəlib çıxmısan? Bura sənin yerindi?”


Geri qayıt