DataLife Engine > Şou, MANŞET > Aygünün daha bir yalanı ortaya çıxdı - “O da gop idi”

Aygünün daha bir yalanı ortaya çıxdı - “O da gop idi”


23-12-2017, 15:30. Yerləşdirdi: sefa Aygünün daha bir yalanı ortaya çıxdı - “O da gop idi”Əməkdar artist Aygün Bəylər son günlər açıqlamaları ilə gündəmdən düşmür.

Xalqinfo.az-ın Axşam.az-a istinadən məlumatına görə, “Səhər-səhər” verilişinin qonağı olan xanəndə daha bir yalanının üstünü açıb.

Aparıcı Elgiz Əkbərin “Bir dəfə xəbər yayıldı ki, dayə qızını döyüb. Onda elə pis olmuşdum ki... Az qalırdım o dayəni tapıb cəzalandırım” sözlərinə Aygün maraqlı cavab verib: “O da növbəti gopdan biri idi”.

Xanəndə daha sonra evindəki işçilərdən gileylənib:

“Evdə 50 işçi saxlayıram. Dayə ilə problem yoxdur. Problem mənim özümdədir ki, çox sadəyəm. Hərdən özümə çay süzəndə durub qulluqçuya da gətirirəm. Nə olar ki, o da insandır da. Amma hərdən əsəbiləşirəm. Mən əsəbləşən kimi də qaçırlar. Hər iki aydan bir işçilər qaçıb gedir”.
Geri qayıt