DataLife Engine > Şou, BLOK XƏBƏR, MANŞET > “Kəklikotu”nun gözqamaşdıran xanımları… - Fotolar

“Kəklikotu”nun gözqamaşdıran xanımları… - Fotolar


23-12-2017, 11:06. Yerləşdirdi: sefa “Kəklikotu”nun gözqamaşdıran xanımları… - FotolarÖtən gün “Cinemazadə” studiyasının istehsalı olan “Kəklikotu filminin qala gecəsi keçirilib.

Xalqinfo.az xəbər verir ki, 21 dekabrdan kinoteatrlarda yayımlanan filmin premyerasına ölkənin ən məşhur ulduzları axın edib. Saat 19:00 üçün təqdimatı planlaşdırılan gecə iki saat gecikib.

Əvvəlcə ənənəyə uyğun olaraq ekran işində rol alan 20-dən çox məşhur aktyor, muğənni və rejissor qırmızı xalça üzərində kameralara poza veriblər. Bütün diqqət son zamanlar adı qalmaqallarda hallanan Nigar Camala yönəlib. O, filmdəki döyüş səhnələri ilə tamaşaçıların bir daha rəğbətini qazanıb və zalda alqış səsləri eşidilib.

Kinonun baş qəhrəmanlarından olan N.Camal özəl günündə gecəyə damğa vurmaq istəyib. Pop ifaçısı qara və dekolteli geyimi ilə göz oxşayıb. Nigardan başqa, layihədə Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Əlixan Rəcəbov, Aqil M Quliyev, Kənan MM və başqaları rol alıblar və qala gecəsinə qatılıblar.

Bundan başqa, gecənin digər cəsarətli ulduzu aktrisa Natavan Əfəndiyeva olub. Hər zaman qala gecələrində fərqlənməyi sevən keçmiş model bu dəfə də ənənəsini pozmayıb. O, transparan geyimini qırmızı xalça üzərində nümayiş etdirib.

Həmçinin, Oksana Rəsulova, Pərvin Abıyeva da diqqət çəkən ulduzlardan olub.

Bildirək ki, film fantastik real hadisələr əsasında çəkilib. Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satılmasından bəhs edilir. Ancaq kisədə kəklikotu yox,qurudulmuş marixuana olduğu məlum olub.

Filmin ssenari müəllifləri Vüqar Huseynov və Talıb Əhmədovdur, rejissorları Cəfər Axundzadə və Vuqar İsmayılzadə, prodüser Tural Əsədov, baş redaktoru isə Xətai Əlidir.


Geri qayıt