DataLife Engine > Şou > “Sizin zibillərinizin üstü açılsa...”

“Sizin zibillərinizin üstü açılsa...”


20-12-2017, 16:36. Yerləşdirdi: sefa “Sizin zibillərinizin üstü açılsa...”“Bəzilərinə demək istəyirəm ki, birdən mənə qarşı çaşarsınız! Bir kəlməmlə Azərbaycandan baş götürüb getməyə məcbur olarsınız. Şou-biznes əhli, mən arxivəm, ehtiyatlı olun. Mən kəsəndə dibindən kəsmirəm, kökündən çıxarıram”.

Xalqinfo.az xəbər verir ki, bunları müğənni Nadir Qafarzadə sosial şəbəkədə yazıb. İfaçı instaqramda arxasıyla danışanlara ismarıc yollayıb:

“Mənə el arasında “Arxiv Nadir” deyirlər, köhnələrdənəm. Artıq bir neçəsi hazırlaşsın. Çamadanlarını yığa bilər... Bəziləri özlərini kimsə saymağa başlayıblar. Sizin zibillərinizin üstü açılsa... Şou-biznes alverçiləri, özünüzü yığışdırın. Məndə “tormoz” tutmur, gəldi, açılacaq və hər şey bitəcək. O anda sizin güvəndiyiniz “daydaylar”, “əmiciklər”, “hacıleyləklər” də sizə kömək edə bilməyəcəklər. Çünki onlar da zibilə düşmək istəməzlər”.


Geri qayıt