DataLife Engine > Şou > “Eurovision-2017”-nin qalibinə ürək köçürülüb

“Eurovision-2017”-nin qalibinə ürək köçürülüb


10-12-2017, 10:41. Yerləşdirdi: sefa “Eurovision-2017”-nin qalibinə ürək köçürülüb
“Eurovision-2017” mahnı müsabiqəsinin qalibi portuqaliyalı Salvador Sobral üzərində donor ürəyin köçürülməsi əməliyyatı keçirilib.

Xalqinfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, əməliyyat dekabrın 8-də keçirilib. Əməliyyatın uğurlu keçdiyi bildirilir.

Salvador Sobral sentyabrın sonlarında reanimasiyaya yerləşdirilib. Müğənni ürəyindəki problemlərlə əlaqədar bütün konsertlərini ləğv etmişdi.

S.Sobral “Amar Pelos Dois” mahnısı ilə Kiyevdə keçirilmiş “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi elan edilmişdi.
Geri qayıt