DataLife Engine > Şou > Vağzalı sədaları altında başlayan “Toydan sonra nağara”dan -

Vağzalı sədaları altında başlayan “Toydan sonra nağara”dan -

9-12-2017, 16:28. Yerləşdirdi: sefa Vağzalı sədaları altında başlayan “Toydan sonra nağara”dan - Park Cinema İMAX kinoteatrında “ARI production”nın ərsəyə gətirdiyi “Toydan sonra nağara” filminin təqdimat mərasimi baş tutub.

Musavat.com xəbər verir ki, şou və sənət dünyasının qatıldığı gecəyə ekran işinin aktyor heyəti vağzalı sədaları ilə daxil olub. Filmin afişası qarşısında rəqs edən aktyorlar film haqda təəssüratlarını bölüşüb. Filmin baş prodüseri Ramiz Hüseynzadə bildirib ki, tamaşaçıların sevəcəyi ekran işi ərsəyə gətirdiklərinə inanırlar:

“Film haqda danışmağa ehtiyac yoxdur. Çünki qiyməti izləyici verməlidir. Düşünürük ki, işləyib alındıra bilmişik. Həqiqətən də istəyirdim ki, bu ekran işində birinci filmdəki aktyorlar rol alsın. Amma hazırda bu alınmır. İnanıram ki, eyni aktyor heyəti ilə daha bir film olacaq”.

Ekran işinə gəldikdə isə “Toydan sonra nağara” 2005-ci ildə ekranlara gəlmiş “Toy” filminin davamı olaraq çəkilib.

Qeyd edək ki, “Toydan sonra nağara”da əsas rolları İlkin Misgərli, Nicat Rəhimov, Elnur Hüseynov və Nadir Məmmədov canlandırır.

Geri qayıt