DataLife Engine > Şou > “Bozbash pictures”dən Nicata toy sürprizi

“Bozbash pictures”dən Nicata toy sürprizi


6-12-2017, 09:48. Yerləşdirdi: sefa “Bozbash pictures”dən Nicata toy sürprizi
Xəbər verdiyimiz kimi, ötən gün “Bozbash pictures”də “Şirin” obrazını canlandıran aktyor Nicat Rəhimovun toyu olub. O, Ülviyyə adlı xanımla ailə həyatı qurub.

Xalqinfo.az xəbər verir ki, şou-biznes ulduzlarının da axın etdiyi məclis maraqlı məqamlarla yadda qalıb. Toyun sonlarına yaxın “Bozbash pictures” komandasının üzvləri İlkin Həsəni, Elşən Orucov, Ramil Babayev, İlkin Misgərli və Azər Baxşəliyev səhnəyə çıxıblar.

Onlar müğənni Rəhim Rəhimli ilə birgə “Basdalama damarımı” ifa ediblər. Məşhur aktyorlar həmkarlarının və xanımın qarşısında mahnının sözlərini dəyişərək oxuyublar.
Geri qayıt