DataLife Engine > Şou, MANŞET > “Günel Rzadan yaxşı canını qurtarıb”

“Günel Rzadan yaxşı canını qurtarıb”


5-12-2017, 11:50. Yerləşdirdi: sefa “Günel Rzadan yaxşı canını qurtarıb”Türkiyəli aktrisa-aparıcı Berna Laçin ABŞ-da həbsdə olan Rza Zərrabla bağlı tvitterdə paylaşım edib.

Xalqinfo.az xəbər verir ki, Berna azərbaycanlı müğənni, iş adamının eks-sevgilisi Günel Zeynalovaya da dəstək olub.

O, sənətçinin vaxtı ilə Rzadan ayrılmasının doğru olduğunu qeyd edib:

“Ağlıma gəldi, 10 il əvvəl Rza ilə müğənni Günel sevgili idi. Günel tərk edilib, üstəlik 6 ay həbsə məhkum edilmişdi. Hər şeydə bir xeyir var. Yaxşı canını qurtarıb”.

Qeyd edək ki, R. Zərrabla Günel 8 il eşq yaşayıb. Cütlük qalmaqallı bir şəkildə ayrılmışdı. Hətta Günel iş adamına “Başına silahla vuraram” dediyi üçün 6 ay həbs cəzası almışdı.

“Günel Rzadan yaxşı canını qurtarıb”
Geri qayıt