DataLife Engine > Şou > Rusiya “Eurovision”un ev sahibi olmaq istəyir

Rusiya “Eurovision”un ev sahibi olmaq istəyir


4-12-2017, 17:14. Yerləşdirdi: sefa Rusiya “Eurovision”un ev sahibi olmaq istəyirRusiya 2019-cu ildə “Junior Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etmək istəyir.

“Xalqinfo” xəbər verir ki, bu barədə yarışmanın ölkə üzrə yayımçısı VTGR kanalı məlumat yayıb.

Televiziya açıqlamasında müsabiqənin Rusiyada keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Onlar 2019-cu ildə rəsmi olaraq Avropa Yayım Şurasına (EBU) müraciət edəcəklərini vurğulayıblar.

Qeyd edək ki, “Eurovision”dan fərqli olaraq ev sahibi uşaq yarışmasında qalib olan ölkə olmur,,könüllülük prinsipi ilə seçilir. Bildirək ki, müsabiqə bu il Belarusda keçirilib.

Azərbaycan isə bir neçə ildir ki, yarışmada iştriak etməkdən imtina edib.


Geri qayıt