DataLife Engine > Şou > "Məleykə onu ancaq yuxusunda görərəcək" -

"Məleykə onu ancaq yuxusunda görərəcək" -


4-12-2017, 17:12. Yerləşdirdi: sefa "Məleykə onu ancaq yuxusunda görərəcək" - “Mən heç vaxt Məleykə Əsədovanın valideynlərinin məzarı qarşısında onlardan üzr istəməyəcəyəm. Məleykə onu ancaq yuxusunda görəcək”.

Xalqinfo.az xəbər verir ki, bunu APA-ya Xalq artisti Ramiz Məlik deyib.

R.Məlik bildirib ki, M. Əsədova onun şərəf-ləyaqətini alçatmağa çalışır: "Yəni onun tərbiyəsi o həddədir ki, 74 yaşlı kişini təhqir edib, alçatmaq istəyir? Onun yaşı qədər mənim səhnə təcrübəm var. Utanmalıdır, abır-həyası olmalıdır. Deyir, Ramiz Məlikin çox adamla qalmaqalı olub. Mən heç vaxt heç kimlə qalmaqal yaratmamışam. Əksinə, istəsəydim, Ramiz Novruzu 3 illik həbs etdirərdim. Amma mən onu bağışladım. Bu məsələ ilə bağlı da başqa nə isə demək istəmirəm”.

Qeyd edək ki, Xalq artisti M.Əsədova APA-ya Ramiz Məlikin cəmiyyətə yanlış informasiya ötürdüyünü deyib. M.Əsədova qeyd edib ki, Ramiz Məlik onun ata-anasının məzarı qarşısında üzr istəməli, dediyi əxlaqsız sözləri öz ünvanına götürməlidir. Belə olmasa, təzminatı ödəməlidir.
Geri qayıt