DataLife Engine > Şou, BLOK XƏBƏR, MANŞET > Maslyakov KVN-dən niyə getdi? - Səbəb açıqlandı

Maslyakov KVN-dən niyə getdi? - Səbəb açıqlandı


3-12-2017, 20:03. Yerləşdirdi: sefa Maslyakov KVN-dən niyə getdi? - Səbəb açıqlandı
“Planeta KVN” mərkəzinin mətbuat xidməti 76 yaşlı Aleksandr Maslyakovun işdən uzaqlaşdırılma səbəbi ilə bağlı xəbər yayıb.

“Xalqinfo” Axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl “Transparency International” Maslyakovun direktor vəsifəsindən pul yeyintisi olduğu üçün uzaqlaşdırıldığını yazmışdı.

Aparıcı mərkəzin əsas yaradıcı siması və 2015-ci ildən individual sahibkarı kimi qeydiyyatdan keçib. Münaqişənin səbəbi odur ki, qanunvericilik dövlət unitar müəssisələrinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına icazə vermir. Buna baxmayaraq, Aleksandr Maslyakov qanunu pozub. Deyilənə görə, o, polis axtarışından sonra binadan qovulub.

Mərkəzdən yayılan xəbərdə bildirilib ki, aparıcı öz istəyi ilə işdən gedib. Maslyakov 2017-ci ilin əvvəlində öz problemlərinə görə işdən getməyi istəyirdi. Bəzi səbəblərdən bu proses uzanıb. Onunla bağlı dəlillərin mənasız və sübutsuz olduğu deyilib.
Geri qayıt